FLYING BOAT

n uçan qayıq

FLYING
FLYING CADET
OBASTAN VİKİ
Lil Boat 2
Lil Boat 2 — ABŞ repçisi Lil Yachty-nin ikinci studiya albomu. 9 mart 2018-ci ildə buraxılıb.
Boeing B-17 Flying Fortress
Boeing B-17 Flying Fortress (“Uçan Qala”), ABŞ Ordusu Hava Korpusu (US Army Air Corps - USAAC) üçün İkinci Dünya Müharibəsindən əvvəl inkişaf etdirilmiş dörd mühərrikli ağır bombardmançı təyyarəsidir. B-17-nin əsas vəzifəsi Almaniyanın sənaye və mülki hədəflərinə qarşı strateji gündüz nöqtə bombardmanı idi. Normandiya əməliyyatından əvvəl Əməliyyat nöqtəsində (Operation Pointblank) ABŞ-nin İngiltərədəki 8-ci Hava filosu və mərkəzi İtaliyada yerləşən 15-ci Hava Donanması, RAF Bombardman Komandanlığının gecə bombardmanında bir əlavə olaraq xidmət etmişdir. Bundan əlavə, B-17-lər aşağı səviyyədə də olsa Sakit okeandakı döyüşlərdə də istifadə edilmişdirlər. B-17-lər hər küncündə və yuxarı və aşağı qüllələrində olan 50 kalibrlik pulemyotları sayəsində Flying Fortress (“Uçan Qala”) adlandırılmışdırlar. USAAC B-17-ni müharibədən əvvəlki dizaynına uyğun olaraq strateji bir silah olaraq istifadə etdi: yüksəkdən uçan, uzun mənzilli, yüksək bombardmançı, lakin vurulması asan olmayan bir təyyarə. Müharibə zamanı aldığı ağır xəsarətlərinə baxmayaraq, bazasına geriyə qayıda bilməsi və gövdə enişləri qabiliyyəti ilə B-17-ni bir ikona çevirmişdi. B-24 Liberator ilə müqayisədə daha aşağı mənzilinə və bomba daşıma qabiliyyətinə baxmayaraq, tədqiqatlar pilotların B-17-dən daha çox məmnun olduqlarını göstərmişdi . B-17 İkinci Dünya Müharibəsi illərində ABŞ-nin digər təyyarələrindən daha çox bomba daşıyırdı. Məsələn, Almaniyaya atılan 1,5 milyon ton bombanın 500 min tonu B-17 ilə atılmışdır.